Rusiya İrandan CAVAB GÖZLƏYİR – Azərbaycanın iştirakçısı olduğu layihənin…

0
10

Rusiya İrandan yaxın vaxtlarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsinin alınması üçün qrafik təqdim edəcəyini gözləyir.

Bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov “İzvestiya” qəzetinə müsahibəsində bildiri .

“Biz bunu (torpaq alqı-satqısı cədvəli ) yaxın gələcəkdə gözləyirik”, – deyə o bildirib.

Diplomatın fikrincə, bu, layihənin həyata keçirilməsinə əminlik təmin etməlidir.

“Məndə belə təəssürat yaranıb ki, İran tərəfi Rusiya tərəfi kimi bu layihənin həyata keçirilməsində qərarlıdır”, – o əlavə edib.

Yanvarın 24-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva və Tehranın 2025-ci ilin mart ayının sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacağını bildirib. O qeyd edib ki , yanvarın 17-də Moskvada danışıqlar zamanı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian tikintiyə bu ilin mart ayının sonunadək başlamaq haqqında saziş imzalamaqla bağlı razılığa gəliblər.

162 km uzunluğunda olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir . Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda Rəşt-Astara qərb marşrutu dəmir yolunun yekun hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.