Rusiya İrəvandan çağırdığı səfirini geri qaytardı

0
73

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, – Mixail Qaluzin bildirib.

Qeyd edək ki, Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.