Rusiya ilə Niderland arasında “juçok” qalmaqalı

0
636

Rusiyanın Niderlandda yerləşən hərbi attaşesinin xidməti avtomobilində dinləyici qurğu aşkar edilib.

Hadisə ilə əlaqədar Niderlandın Moskva şəhərində yerləşən diplomatik korpusunun nümayəndəsi Dominik Bakker-Kulinq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona insidentlə əlaqədar Rusiya tərəfinin etirazı çatdırılıb və Vyana Konvensiyasının “Diplomatik əlaqələr haqqında” müddəaları çərçivəsində ölçü götürmək tələb olunub.