Rusiya ilə Çin arasında Qazaxıstan müzakirəsi

0
287

Rusiya xarici işlər naziri Sergey Lavrovla çinli həmkarı Vanq Yi arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-i məlumat yayıb.

Bildirilib ki, XİN rəhbərləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər və xarici qüvvələrin respublikada baş verən hadisələrə müdaxiləsindən narahat olduqlarını vurğulayıblar.

Hər iki tərəf Qazaxıstan rəhbərliyinin ölkədə konstitusiya quruluşunun bərpası istiqamətində səylərini qətiyyətlə dəstəklədiklərini bildiriblər.