Rusiya hərbçilərini Peyğəmbər(s) səhabəsindən nümunə götürməyə çağırdılar-Gözlənilməz…

0
440


Dağıstan Respublikası Qızilyurt şəhər Müftiliyinin(müsəlman ruhani idarəsi)  maarifləndirmə şöbəsinin müdiri Ramazan Hüseynov Rusiya Qvardiyasının əməkdaşları ilə görüşüb.
Görüşdə ilahiyyatçı xoş nitq, ünsiyyət əxlaqı və insanlarla münasibətlərdə Peyğəmbər(s) qaydaları mövzusuna toxunub. Nümunə olaraq ruhani Həzrət Məhəmməd Peyğəmbərin(s) həyatında baş vermiş bir hadisədən bəhs edib.
“Bir dəfə Cabir adlı bir səhabə Allah Elçisinin yanına gəldi və dedi:” Ey Allahın Elçisi, mənə bir şey öyrət “. 
 
Peyğəmbər(s) ona cavab verdi: “Heç kəsi  təhqir etmə.” 
 
Cabir deyir: “Peyğəmbər(s) bu sözləri söylədiyi andan etibarən heç kəsi təhqir etməmişəm: nə bir kişi, bir qadın, nə yaşlı, nə uşaq,  nə azad  insan, nə də qul. Hətta bir heyvanı belə incitməmişəm” , – deyə  Ramazan Hüseynov Rusiya qvardiyaçılarını daim vətəndaşlarla gözəl davranmağa çağırıb.