Rusiya hərbçiləri bu dəfə də Xankəndində teatra getdilər – öhdəliklərindən başqa hər işlə məşğuldurlar – VİDEO

0
270

Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları bu dəfə də özlərini “teatr”, “mədəniyyət aşiqi” timsalında göstərmək istəyərək Xankəndindəki dram teatrına təşrif buyurublar. Rusiya teleqram kanallarının yaydığı xəbərdə bu addımın Qarabağda rus dilinin və mədəniyyətinin qorunub saxlanması adı altında həyata keçirildiyi vurğulanıb.

Beləliklə, Üzərilərinə düşən öhdəlikdən başqa bütün işlərlə məşğul olan sülhməramlılar artıq neçənci dəfədir ki, qıcıqyaradan, ikrah oyadan addımları ilə yadda qalıblar.

Xatırladaq ki, bundan əvvəl Qarabağda sülhməramlılar müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlamışdılar. Məqsəd də Qarabağda guya çoxlu sayda rus milliyətinə mənsub əhalinin yaşadığını göstərmək və Rusiya sülhməqamlı kontingentinin onların təhlükəsiliyi üçün həmin bölgədə yerləşməsinin vacibliyinə dair rəy yaratmaq idi. Və bunu da edən separatçı rejimin tör-töküntüləri yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələridir. Bəlkə də heç onlaırn bundan xəbərləri də yoxdur.

Maraqlıdır ki, Qarabağda təşkilatlanmış rus icmasına ehtiyac varmı? Səbəb bəllidir – Moskva gözəl anlayır ki, orada qalan az saylı erməni əhalisi ya yaşadıqları əraziləri tərk edəcək, ya da Azərbaycanın qanunlarına tabe olacaqlar. Təəssüf ki, sülhməramlı qüvvələr də süni şəkildə əhali sayını artırmağa, onları şirnikləndirməyə çalışır. Və hər kəs də gözəl bilir ki, onlaırn bu siyasətinin sonu yoxdur.

Sülhməramlılar və onlara rəhbərlik edənlər “unudur” ki, rəsmi Bakının icazəsi olmadan rusiyalı hərbçilərin əvvəlcə pravoslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması yolverilməzdir. Öhdəliklərini yerinə yetirmək əvəzinə Azərbaycan xalqının əsəbi və hissləri ilə oynamağa çalışmaq artıq yetər. “Biz haradayıqsa, orada da sülhdür” deyən sülhməramlılar deyəsən sülh yaratmaqdan çox, qarşıdurma yaratmağa meyillidirlər.Keçmiş separatçı qurumun tör-töküntülərini tərkisilah etmək əvəzinə bu cür mənasız təşəbbüslərdə bulunan qüvvələrin bu tip çirkin fəaliyyətə son qoymaqlarının vaxtı çatıb. Azərbaycana məxsus yük maşınlarına yoxlamaya son qoymaq əvəzinə, separatçıların tərksilah edilməsinə başlasaydılar yaxşı olardı. Sözsüz ki, Qarabağdakı separatçıların iştirakı ilə baş tutan bu biabırçılığa heç cür haqq qazandırmaq mümkün deyil. Və Rusiya hərbçiləri bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. 

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://daytube.az/embed/123948