Rusiya Ermənistana silahlar göndərdi

0
117

Rusiya Ermənistana silahlar göndərib.

Bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb.

Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.