Rusiya daha bir ölkədən dəstək aldı: Təhlükəsizlik toplantısına dəvət

0
12

Rusiya Serbiyanı təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin görüşünə dəvət edib.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Biz serb dostlarımızı mayın 27-29-da Moskvada təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrin 13-cü beynəlxalq toplantısında iştirak etməyi gözləyirik”, – deyə o bildirib.

Sergey Şoyqu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin ilə görüşüb. Danışıqlar zamanı serb siyasətçi Rusiya hakimiyyətinin nümayəndələrini də əmin edib ki, Belqrad Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək.