Dəmir yolu əlaqəsinin dayandırılmasının məqsədi yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaqdır.
Bildirilir ki, Moskva vaxtı ilə fevralın 3-ü saat 00:00-da Rusiya və Çin arasında sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq.
Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.