Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var

0
124

Rusiya qoşunları ötən gecə Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, hücum zamanı 17 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Yaralananlardan 3-nün azyaşlı olduğu bildirilib. 6 nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, şəhərdə matəm elan edilib.