Rusiya bu şəxslərin ölkəyə girişinə QADAĞA QOYDU

0
154

227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları davamlı olaraq genişləndirib. Açıqlamada bu şəxslər arasında 227 ABŞ rəsmisinin qarşılıqlı şəkildə Rusiyaya girişinə qadağa qoyulduğu qeyd edilib. Həmin şəxslər diplomatlar, iş adamları, jurnalistlər, akademiklərdir.

Rusiyanın giriş qadağası qoyduğu şəxslərin siyahısında ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller, keçmiş səfir Con Sullivan kimi adlar da var.