Rusiyanın “Su-24MR” kəşfiyyat təyyarəsi Polşanın hava məkanını pozub.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Rusiyanın Kalininqrad şəhərindən havaya qalxan təyyarə Qdansk körfəzinin şərq hissəsində Polşa hava məkanına 6,5 kilometr daxil olub. Rusiya təyyarəsinin radar sistemi tərəfindən izlənildiyi və müdaxilədən sonra dərhal marşrutunu dəyişdiyi bildirilib.
“Polşa hava məkanına nəzarətə cavabdeh olan rəsmilərin əlaqə saxladığı Rusiya tərəfi ölkənin hava məkanının pozulması faktını təsdiqləyib və vəziyyətin “Su-24MR” təyyarəsinin naviqasiya sistemindəki nasazlıq nəticəsində yarandığını bildirib”, – deyə məlumatda qeyd olunub.
Rusiya təyyarəsi 1 dəqiqə 12 saniyəlik uçuşdan sonra Polşa səmasını tərk edib.