Rusiya bu ölkəni hədələdi: Cavab son dərəcə ağrılı olacaq

0
200

Yanvarın 11-də Latviya Seymi yekun oxunuşda Riqadakı “Moskva Evi” mədəniyyət və biznes mərkəzinin müsadirə edilməsi haqqında qanun layihəsini qəbul edib. 

Moskva bu məsələyə çox sərt reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova cümə günü keçirdiyi brifinqdə Latviyanı hədələyib:

“Bu, Latviyanın mülkiyyəti olmayan bir şeyi mənimsəməsidir. Bu, Moskva hökumətinin mülkiyyətidir. Biz artıq bu hərəkətləri basqın, oğurluq, dövlət miqyasında oğurluq kimi kvalifikasiya etmişik. Belə qanunsuzluq tamamilə Latviya hakimiyyətinin və bu ölkənin rəhbərliyinin üzərinə düşür. Bir daha təkrar edirik, Rusiya tərəfinin addımları Latviya üçün çətin və son dərəcə ağrılı olacaq”.