Rusiya bu ölkəni də QORXUYA SALDI: təhlükəsizliyə əsas təhdid elan edilir

0
52

Moldova hökuməti yeni Milli Müdafiə Strategiyasını qəbul etmək və Rusiyanı ölkənin təhlükəsizliyinə əsas təhdid elan etmək niyyətindədir.

“Newsmaker” portalı sənədi nəzərdən keçirib.

Nəşr strategiyanın mətnindən çıxarış təqdim edir:

“Moskva tərəfindən Moldova sərhədlərində hərbi quru dəhlizinin yaradılması ölkənin konstitusiya quruluşuna və dövlətçiliyinə birbaşa təhlükə yaradacaq”

Sənədə əsasən, tanınmamış Dnestryanı Moldova Respublikasının ərazisində yerləşən Rusiya sülhməramlıları Kişinyov üçün də təhlükə yaradır. Sənin son bəndində Rusiya Moldova üçün ekzistensial təhlükə adlandırılır.

Bundan əvvəl Moldova prezidenti Maia Sandu respublikanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını alqışlayıb və bəyan edib ki, gələcəkdə Kişinyov mütləq ittifaqın bir hissəsi olacaq. Respublika rəhbəri həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.