Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər

0
10

Ukrayna müharibəsində böyük itkilər verən Rusiyanın bunu sürətlə kompensasiya etmək üçün silahlı qüvvələrini yenidən strukturlaşdırdığı iddia edilib.

Bu barədə Almaniyanın aparıcı hərbi ekspertlərindən olan general-mayor Kristian Freydinq Türkiyə mediasına danışıb.

Ekspert Rusiya prezidenti Vladimir Putinin NATO-ya hücuma hazırlaşdığına dair təəccüblü iddialar səsləndirib. O bildirib ki, Moskva 2022-ci ildən bəri silah və qoşun sayını artırır ki, bu da onu dünyanın ikinci ən böyük ordusuna çevirir.

NATO və Rusiya

NATO daim münaqişə istəmədiyini, Rusiya üçün heç bir təhlükə yaratmadığını bildirir. Lakin Freydinq iddia edir ki, Putinin “imperialist fikirləri” bitməyib və NATO üçün təhlükələr arta bilər. Bu vəziyyət Qərblə Rusiya arasında gərginliyi daha da artırır.

“Üçüncü Dünya Müharibəsinə hazır olmalıyıq”

Rusiya parlamentinin bəzi üzvləri bu fikirdədirlər ki, Qərblə böyük münaqişəyə hazırlaşmaq lazımdır.

Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyovun sözlərinə görə, Rusiya əhalini 2028-2029-cu illərdə böyük müharibəyə hazırlamalıdır. Digər tərəfdən, Putinin bəyanatları Qərbə qarşı meydan oxumaq kimi şərh edilir.

Qlobal münaqişənin mümkün nəticələri barədə xəbərdarlıq edən Putin, “Biz istənilən çağırışa cavab verməyə hazırıq” deyərək qətiyyətini ifadə edib.

Rusiyanın yenidən silahlanma hərəkətləri Qərblə gərginliyi daha da artıra bilər. NATO-nun bu hadisələrə necə reaksiya verəcəyi və Putinin strategiyasının beynəlxalq tarazlığa necə təsir edəcəyi maraq doğurur.