Rusiyanın Sibir bölgəsindən Azərbaycana maral əti məhsulları ixrac ediləcək. Maral ətinin Azərbaycanla yanaşı Türkiyə və İrana da ixracı gözlənilir.
Bu barədə Sibirin Taymır bölgəsinin bələdiyyə sədri Yevgeni Verşinin açıqlama verib.
Onun sözlərinə görə, ixracla bağlı məsələ Krasnoyarsk vilayət qubernatoru Aeksandr Ussla görüşdə müzakirə edilib. Görüş zamanı qubernatora bölgədəki turizm sektoru və maral təsərrüfatları haqqında məlumat verilib: “Görəcəyimiz işlər nəticəsində büdcəyə 8,9 milyard rubl töhfə veriləcək ki, bu da keçən illə müqayisədə 203 milyon əlavə vəsait deməkdir. Bundan başqa, bölgədə maral təsərrüfatı da inkişaf etdirilir. Gələn ildən hər il 5 minə qədər maral əti məhsullarının hazırlanmasını planlaşdırırıq. Əsas bazarımız Norilsk və Taymırdır. Ancaq Azərbaycan, Türkiyə və İran da bu məhsulların ixracına maraq döstərir”, – Verşinin deyib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Rusiyanın Altay diyarından Azərbaycana maral gətirilir. Yerli oliqarxlar tərəfindən Azərbaycanın bəzi rayonlarında, o cümlədən, Xızı və Şəmkirdə maralçılıq təsərrüfatları qurulub. Rusiyadan gətirilən yüzlərlə maral burada müalicə və digər məqsədlər üçün bəslənir.