Rusiya Avropadan Asiyaya köçür – Müzakirə başladı

0
139

Rusiya Futbol İttifaqı Avropadan Asiya Futbol Konfederasiyasına keçə bilər.

Bu barədə federasiyanın prezidenti Aleksandr Dyukov məlumat verib.

O, bununla bağlı bağlı müzakirələrin aparıldığını bildirib: “Bir neçə ay əvvəl bu ideyanın vaxtının çatmadığını demişdim. Ancaq indi bu, nəzərdən keçirməli olduğumuz ehtimaldır. Hesab edirəm ki, biz buna İcraiyyə Komitəsində baxacağıq.

Hələ Asiya təmsilçiləri ilə bu haqda danışmamışam, çünki UEFA var, bizi Avropa ailəsinin üzvü hesab edirlər. Əməkdaşlığımız davam edir. Biz bütün proqramları həyata keçiririk. Onların mövqeyini öyrənmədən danışıqlara başlamaq yaxşı olmaz