Noyabrın 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.
Video-konfrans vasitəsi ilə keçiriləcək iclasda KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə qarşı problemlər və təhdidlər müzakirə ediləcək.
İclas zamanı narkotik ticarətinə qarşı mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə səylərinin koordinasiyası, həmçinin terrorçu və əlaqəli ekstremist ideologiyanın yayılmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.
Məlumata görə, iclasa Rusiya rəhbərlik edəcək. Rusiyanı isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.