Rusiya 120 minlik ordunu Qafqaza yığır – Ukrayna

0
1075

Rusiya Federasiyasının “Qafqaz 2020” hərbi təlimlərinə aktiv hazırlığı Ukrayna üçün ciddi təhdid kəsb edə bilər.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib. O, buna əsas sübut kimi Rusiya hərbi texnikasının Ukrayna sərhədləri yaxınlığında artmasını göstərib:

“Təlimlərdə 120 min hərbçi, 500 tank, 300 təyyarə, 250 helikopter, 50 gəmi və 5 sualtı qayıq iştirak edəcək. Bu, Ukrayna hərbi doktrinasında qeyd edilən təhdiddir”.