Rus təyyarəsi vuruldu: Səhv, yoxsa təxribat?

0
31

Sudanda rusların olduğu iddia edilən yük təyyarəsi vurulub.

Bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Sudanın qərbindəki Darfur bölgəsini ələ keçirən üsyançı Çevik Reaksiya Qüvvələri sosial şəbəkələrdə ekipajında ​​Rusiya vətəndaşlarının da olduğu Sudanın İl-76 yük təyyarəsinin əyalətdə vurulduğunu bildiriblər.

Məlumata görə, Rusiya diplomatları Sudan rəsmiləri ilə əlaqə saxlayır və bu insidentin baş vermə şəraitini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görürlər.

Təyyarənin qəzaya uğradığı ərazinin döyüşlərin getdiyi Darfurda olması vəziyyəti mürəkkəbləşdirir.

Ekipaj üzvlərindən birinin şəxsiyyət vəsiqəsi Hava Yolları Nəqliyyatı Müəssisəsinin baş mühəndisi Viktor Qranovun adına olub. Sərnişinlərdən ikisinin Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstan vətəndaşı olduğu ehtimal edilir. Digər ekipaj üzvünün Rusiya pasportu olub. Onların hamısının öldüyü təxmin edilir. Çünki təyyarənin böyük hissəsi yanıb.

Qeyd edək ki, KİV-lər Çevik Reaksiya Qüvvələrinin səhvən hərbi təyyarə ilə səhv salaraq yük təyyarəsini vurduğunu yazırlar.