Hərbi əməliyyat zonasına göndərilmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamış 10 nəfər Rostov vilayətindəki hərbi poliqondan qaçıb.
Bu barədə “161.ru” məlumat yayıb.
Məlumata görə, bundan öncə onlar islah düşərgələrində olublar:
“Hadisə mayın 9-u gecə saatlarında baş verib. Onların silahı olmayıb. Qaçanlardan 4-ü Rostov vilayətini tərk edərkən saxlanılıb. Daha iki nəfərin yeri müəyyən edilib, onların saxlanılması üçün hazırlıq aparılır. Qalanların axtarışı hərbi polis əməkdaşları tərəfindən aparılır. Müqavilə imzalanmazdan əvvəl qaçanlar adam öldürmə, quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, zorlama və təcavüzə görə cəza çəkiblər”.