“Rus Evi” onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı

0
13

Bakıdakı “Rus Evi” sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.

“Rus Evi”nin “Facebook” hesabında edilən paylaşımda deyilir:

“Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, əsasən, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır”.