Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər

0
421

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib.

“Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, – deyə S.Toraliyev bildirib.

Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna artıq tələbat yoxdur. Bu tələbatı yaratmaq lazımdır ki, hər kəs öz ana dilində danışsın.