Küçələrdə nümayişlər keçirərək, etirazlarını bildirən ABŞ xalqının hisslərini bölüşürük”.
“HaberGlobal”ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ-da Ağ Evin düşüncələrini rədd edən qaradərililərə və xalqa böyük zülm edildiyini görürük”, – deyə H.Ruhani bildirib.
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə etirazçıları təhdid etdikdən sonra əlində “İncil”lə kilsəyə getməsini xatırladan H.Ruhani qeyd edib:
“ABŞ prezidentinin ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərdən sonra “İncil”ə əl uzatması utancvericidir”.