Rövnəq Abdullayevin Azərbaycandan çıxışına qadağa qoyuldu – Həbs olunacaq?

0
197

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib.

Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı.

AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib.

“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, – Hacıyev deyib.

Amma AFFA prezidentinin Estoniyaya getməməyinin səbəbi bu deyil. Publika.az-ın əldə etdiyi məlumata görə, Rövnəq Abdullayevin Azərbaycandan çıxışına qadağa qoyulub. Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb.

Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.