Ronaldo: “Onlar məni küçədə saxlayır, “Real”a qayıtmağımı istəyirlər”

0
817

“İspaniyalılar mənə yaxşı münasibət bəsləyirdilər. Bunu unutmayacağam”.
Bunu Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo deyib.
Əfsanəvi hücumçu sabiq komandası “Real”ın azarkeşlərinin onu hələ də unutmadığını bildirib: “Mən irəli alnıaçıq gedirəm. Həyatım açıq kitabdır. Madriddəki insanlar məni sevirlər. “Real” azarkeşləri bilirlər ki, mən bu kluba çox şey vermişəm. İnsanlar məni küçədə saxlayır, “Real”a qayıtmağımı istəyirlər. Onlar “bu sənin evindir” söyləyirlər. Bunu eşitməkdən həqiqətən də xoşum gəlir”.
K.Ronaldo heç də hamı tərəfindən sevilmədiyini və bəzilərinin onun uğursuzluqlarını gözləməsindən də danışıb: “Eyni zamanda, insanlar həmişə mühakimə eləməyə hazırdırlar. Onlar bir neçə futbolçunun 33, 34, 35 yaşında olmasını əsas gətirərək, karyerasına son qoymağı “tələb edirlər”. Amma mən hamını təəccübləndirmək istəyirəm. Onlar məni heç bir problem yaşamayan, pula görə heç vaxt üzülməyən bir insan kimi görürlər. Elə bilir ki, maliyyə bütün problemləri həll edir. Düşünürlər ki, pulunuz varsa, həyatınızın müəyyən anlarını yaşamamısız. Onlar penaltini vura bilməyəcəyimi, vacib matçda pis oynayacağımı gözləyirlər. Bu, həyatdır, mən də ona hazıram”.
Qeyd edək ki, Ronaldo 2009-18-ci illərdə çıxış etdiyi “Real”ın heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olmaqla, ümumilikdə 15 titul qazanıb.