
Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb.
O, buna milli komandalar tarixində ən çox qol vurmaqla nail olub.
DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə matçda dubl edən Ronaldo yığmalar tarixində qol sayını 111-ə çatdırıb.
Bununla da Kriştianu İran millisinin üzvü Əli Daeinin 109 qollun rekordunu geridə qoyub.
“Ginnesin Rekordlar Kitabı”na düşən portuqaliyalı ulduza bu gün sertifikat təqdim edilib.