Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı

0
472

Cənubi Koreyalı elm insanları xüsusi sensorlar və nano simlər istifadə edərək ağrını hiss edə bilən elektron dəri yaratmağı bacardılar. Bu dəri həm insansı robotlarda, həm də protez orqanlarda istifadə edilə bilər.

Kompyuter, proqram və elektron texnologiyalarının inkişafıyla birlikdə robot texnologiyaları da inkişaf edir. Artıq robotlar bir çox nöqtədə insanlara köməkçi olur, hətta bəzən insanların etməsi lazım olan işləri birbaşa olaraq robotlar edir.

Süni intellekt dəstəyinin də əlavə olunmasıyla birlikdə bir az daha inkişaf edən robotlar, artıq ağrını hiss edə biləcək hala gəldilər. Cənubi Koreyalı elm insanları, robotların ağrını hiss edə bildikləri elektron dəri yaratmağı bacardılar.

Bu günə qədər yaradılan elektron dərilər, robotlara daha çox obyektləri həssas bir formada almalarına və daşımalarına köməkçi olurdu. Aparılan son araşdırmalarda robotların istilik, soyuqluq və ağrı kimi halları da hiss etməsini təmin edir.

Mövzuyla əlaqədar araşdırmanın bir nömrəli adı Cai Eyun Canq, ağrının hiss edilməsi üçün xüsusi sensorların istifadə edilməsinin lazım olduğunu və bu sensorların strukturları sayəsində batareya tələb etmədiyi üçün həm insanlarda, həm də insantipli robotlarda istifadə edilə biləcəyini söylədi.