Ümumrusiya Elmi Araşdırmalar İnstitutunun mütəxəssisləri tezliklə robotların insanları əvəz edə biləcəyi peşələri açıqlayıb.
Mütəxəssislərin rəyinə əsasən, ilk növbədə robotlar sənədləşdirmə və xidmət satışı ilə məşğul olan bank, sığorta şirkəti, turizm agentlikləri əməkdaşlarını əvəz edə bilər. Artıq bu gün onlayn rejimdə bank hesabı açmaq, təyyarə bileti almaq mümkündür. Robotlaşma həm də informasiya daxil edilməsi və işlənilməsi ilə məşğul olan administrator, köməkçilər, yoxlanış və nəzarət sahələrində də insan əməyini sıxışdırıb çıxara bilər. Belə ki, kassir, nəzarətçi, satıcı və mühafizəçilərin funksiyaları artıq avtomatlaşdırılmış sistemlər tərəfindən həyata keçirilir.
Lakin mütəxəssislərin rəyinə əsasən, bu sahələrin çalışanları işsiz qalmayacaq və yalnız insanların öhdəsindən gələ biləcəyi daha mürəkkəb peşələr yaranacaq.