Çinin “Elephant Robotics” şirkəti Las-Veqasda keçirilən “СES” istehlak elektronikası sərgisində tərbiyə edilən robotlaşdırılmış pişik təqdim edib.
“MarsCat” adlı robot pişik tam avtonomdur və onun funksiyalarını sazlamaq mümkündür. O, sahibinin toxunuşuna və səsinə, eləcə də ona verilmiş ada reaksiya və cavab verir. Bundan başqa, qurğu müxtəlif əşyalarla oynayır.
Layihə müəllifləri əmindir ki, qurğu allergiya xəstəliyindən əziyyət çəkən və ev heyvanına diqqət ayırmaq imkanı olmayan insanlar tərəfindən qiymətləndiriləcək. Robot hazırda satışa çıxarılmasa da, onu şirkətin saytında 700 dollara sifariş etmək mümkündür.
“MarsCat” ev istifadəsi üçün nəzərdə tutulan ilk “Elephant Robotics” məhsulu olub. 2016-cı ildə təsis edilən şirkət sənaye müəssisələrində funksiyaların yerinə yetirilməsi üçün robotların istehsalı ilə məşğuldur.