“Neuralik” şirkəti ABŞ iş adamı İlon Maskın rəhbərliyi ilə robot neyrocərrahın hazırlanması ilə məşğul olacaq. Bu barədə İ.Maskın “Twitter” səhifəsində deyilir.
Yeni neyrointerfeysin işi haqqında ətraflı məlumat verməyən İ.Mask onun 2020-ci ilin yayında təqdim ediləcəyini bildirib.
Robot neyrocərrah elektrodları baş-beyinə implantasiya edərək onun tutma və ya bədbəxt hadisə nəticəsində zədələnmiş nahiyələrini əvəzləyəcək.
Tezliklə robotun könüllülər üzərində əməliyyatlar aparacağı gözlənilir.