Gələn ildən Azərbaycanda fermerlərə intensiv meyvə bağlarının hər hektarına görə subsidiya veriləcək.
Real TV-nin məlumatına görə, subsidiyanın məbləği 800 manat olacaq.
Kənd Təsərrüfat Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, subsidiyalar ilk 4 il ərzində ödəniləcək. Beşinci ildən isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur.
“2019-cu ildən əvvəl salınmış intensiv və intensiv olmayan meyvə bağlarına əkin subsidiyası 1,2 əmsalla ödəniləcək”, – deyə Vüqar Hüseynov bildirib.