Barbadoslu müğənni Rihanna ölkəsinin Milli Qəhrəmanı elan edilib.
Barbadosun paytaxtı Brictaunda keçirilən mərasimdə mükafatı müğənniyə ölkənin Baş naziri Mia Motli təqdim edib.
Baş nazir mükafatı təqdim etdikdən sonra ifaçıya uğurlar arzu edib və “Brilyant kimi parlamağa, işlərinizlə ölkənizə qürur gətirməyə davam edin” deyib.
Dünya şöhrətli ulduz tədbir üçün narıncı geyim seçib.