
“Respublika” qəzetinə yeni baş redaktor təyin edilib.
Bu vəzifəyə Hümbət Musayev təyinat alıb.
O, əvvəllər “Respublika” qəzetinin baş redaktorunun müavini – məsul katib vəzifəsində çalışıb.
Xatırladaq ki, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov mart ayında 90 yaşında koronavirusdan vəfat edib.