Yaponiyada rekord sayda şəxsi məlumat sızması qeydə alınıb.
Bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.
“Bu gün şəxsi məlumat sızması ilə mübarizə komitəsinin iclasında 2024-cü maliyyə ili üzrə hesabata əsasən, şəxsi məlumat sızmalarının sayı indiyədək ən yüksək həddə çatıb”, – deyə Hayaşi bildirib.
Səbəb kimi o, şirkətlərdən, eləcə də xəstəxana və tibb müəssisələrindən sızmaları göstərib.
Ümumilikdə, ötən maliyyə ilində 19 000 məlumat pozuntusu baş verib. Zərərçəkmişlərin ümumi sayı barədə məlumat verilmir. Qanun pozuntuları bələdiyyə və şirkət məlumat bazalarına icazəsiz qoşulma nəticəsində baş verir, həmçinin keçmiş işçilər tərəfindən məlumatların satılması və digər qeyri-qanuni fəaliyyətlər də olub.