Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası 8 oktyabra təyin olunub.
Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək.
Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.