RBK: “Ermənistanda xaos hökm sürdüyü halda, Azərbaycan xalqı əksinə, milli birlik içindədir” – VİDEO

0
340

Qarabağda hərbi əməliyyatlar artıq dörd aydır ki, başa çatıb. Üçtərəfli bəyanata əsasən Azərbaycana qaytarılan rayonlarda dinc həyat tədricən bərpa olunmağa başlayır.

Bu barədə jurnalist Artyom Patyominin təqdimatında efirə gedən “Müharibəsiz Qarabağ” adlı geniş reportajda bildirilir.

Telekanalın çəkiliş qrupu Laçın rayonunda olub, orada Ağoğlan alban məbədini ziyarət edib, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının tikintisi ilə yaxından tanış olublar.

Reportajda bildirilir ki, bu yerlər müharibənin gətirdiyi dağıntıların dəhşəti ilə yanaşı, həm də gözəlliyi ilə insanı valeh edir.

“Bu gün Qarabağda sakitlikdir. Bölgə nəhəng tikinti meydançasını xatırladır. Yollarda tankları ekskavatorlar, kəşfiyyatçıları isə yol mühəndisləri əvəz edib. Lakin hər iki tərəfdən olan qaçqınlar öz evlərinə nə zaman qayıdacaqlarını hələ də bilmirlər”, – deyə reportajda qeyd olunur.

Jurnalist Laçındakı qədim alban məbədindən bəhs edərkən dini abidənin Ermənistan və Azərbaycan arasında mübahisəli olduğunu bildirir və ermənilərə buranı tərk etmək üçün bir ay müddət verildiyini vurğulayır.

Materialda Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər də yer alıb:

“Bütövlükdə, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Bizim qüvvəmiz yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə, yalnız zəifləyəcək”.

Reportajın sonunda A.Patyomin Azərbaycanın bölgə ilə bağlı gələcək planlarına da toxunur. “Fəlakət filmlərinin dekorasiyalarını xatırladan” ərazinin müasir turizm mərkəzinə çevriləcəyi bildirilir.

Daha ətraflı videoreportajda: