Rayonlardan seçilən deputatların da Bakıya girişi qadağan olunub? – AÇIQLAMA

0
480

Milli Məclisin rayonlardan seçilən deputatlarının (Bakıda qeydiyyatda olmayanlar) paytaxta girişinin qadağan olunub-olunmaması məsələsinə aydınlıq gətirilib.

Bildirilib ki, Milli Məclisin üzvləri istənilən vaxt Bakıya daxil ola və çıxa bilərlər.

Deputatların toxunulmazlığı olduğu üçün bu qadağa onlara şamil edilmir.

Qeyd: Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir