
Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.
O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərzisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.
Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.