Rasim Məmmədovun qanunsuz həbsi -video

0
819


İctimai Nəzarət Təşkilatının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov əsassız iftira ilə Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən çox kobud şəkildə həbs edilmişdir.
Bir sıra xəbər saytları cinayət əməli törətməkdə şübhəli bilinən, qanunsuz hərəkətlər etməsi ehtimal olunan Rasim Məmmədovun ağır cinayətkar kimi həbs olunmasının görüntülərini yaymışdır.
İNK, DAMM, SİMİB kollektivi, idarə heyəti və üzvləri Rasim Məmmədovun qanundan kənar həbsi ilə əlaqədar ölkə prezidentinə məktub ünvanlamışdır. Həmin ərizəni sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti

cənab İlham Əliyevə
İctimai Nəzarət Təşkilatının idarə heyəti və üzvləri tərəfindən

Ərizə

Yazıb bildiririk ki, 03.02.2022-ci il tarixində İNT sədri Rasim Məmmədov haqqında heç bir cinayət işi olmadan polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq,qeyri insani rəftar olunaraq (yerə yıxılaraq), qoluna qandal vurulmuş və polis bölməsinə aparılmışdır.Qeyd edək ki,bu günə qədər Rasim Məmmədov haqqında heç bir rəsmi şikayət olmamışdır.Rasim müəllimin və təşkilat olaraq bizim hər birimizin fəaliyyəti ölkədə olan qanunsuzluqları aşkar etmək və aidiyyəti qurumlara tədbir görülməsi üçün müraciət etməkdən ibarətdir.Bizlər siz cənab prezidentin İctimai Nəzarət güclü olmalıdır çağırışına və tələbinə qoşularaq bu təşkilatda öz birliyimizi nümayiş etdiririk.İNT təşkilatı yarandığı 2015-ci ildən bu yana nə qədər köməksiz insanların köməyinə yetişib,nə qədər yoxsul ailələrə öz üzvlərinin və xeyirxah insanların ianəsi hesabına yardım göstərib.Təşkilat dəfələrlə hüququ pozulan insanların və xüsusilə hüququ pozulan şəhid ailələrinin yanında olub və onlara yaxından köməklik göstərib.Bu günə qədər minlərlə insan təşkilatımızın könüllüsü olub.Biz sizin çağırışınzla yaranan və fəaliyyət göstərən bu təşkilatı qorumaq və onun bu kimi xeyirxah fəaliyyətini davam etdirmək niyyətindəyik.Amma bu gün bizlərə bəzi məmurlar və dövlət orqanları tərəfindən ciddi təzyiqlər vardır.Bunun isə yeganə səbəbi onların qanuna zidd fəaliyyətini ifşa edərək ictimailəşdirməyimiz və sizə təqdim etməyimizdir.
Cənab prezident sizdən İNT sədri Rasim Məmmədovun qanunsuz həbs olunaraq polis bölməsinə aparılmasının səbəblərinin araşdırılmasında, günahkarların cəzalandırılmasında və Rasim Məmmədovun azadlığa buraxılmasında bizə yaxından köməklik göstərməyinizi xahiş edirik

İmza:İctimai Nəzarət Təşkilatı idarə heyyəti və üzvləri.