Rasim Məmmədovun mətbuat nümayəndələrinə təbriki

0
938

Əziz mətbuat nümayəndələri!
Milli mətbuat günü münasibəti ilə qələmə və sözə dəyər verən hər bir jurnalisti təbrik edirəm. Jurnalist peşəsinin nə qədər məsuliyyətli və çətin olduğunu bu peşəyə ömrünü fəda edən hər bir qələm əhli bilir .Sizə arzu edirəm ki, 145 yaşlı qocaman Azərbaycan jurnalistikasını öz obyektiv qələminizlə, fərqli və qərəzsiz baxışınızla daha da uzunömürlü edəsiniz. Gününüz mübarək!

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri