Rasim Məmmədovun “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi “ kitabı haqqında düşüncələrim

0
685

Rasim Məmmədovun “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi “ kitabı haqqında düşüncələrim.

İctimai nəzarət nədir, ictimai təsir özünü necə göstərir, onun ictimai rəyə, ictimaiyyətin təşkilatı, tərbiyəsi iş sistemlərinə əsaslanması, ümumiyyətlə ictimai nəzarətin təhlili və tətbiqi yolları günün aktual məsələlərindən ən vacibidir.

Cənab Prezidentimiz İlham Əliyevin 2015-ci il dekabrın 23- də keçirilən bir mərasimdə dediyi sözlər bu gündə qüvvədədir. O, demişdir : ”Dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox , dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır- dövlət nəzarəti və ictimai nəzarət. Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olması, biz istədiyimizə nail ola bilmərik.”

Bu məsələni yaxından tanıdığım hörmətli Rasim Məmmədov “ İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi “ kitabında məntiqli və dürüst bir dildə qələmə almış və oxuculara təqdim etmişdir.

Kitab ön söz və nəticə ilə yekunlaşaraq 10 bölümdən ibarətdir.

Əsas bölümdə müəllif, “ Heydər Əliyev siyasətində ictimai nəzarət “ başlığı ilə yazdığı yazıda Ulu Öndərimizin ictimai –siyasi fəaliyyəti ilə oxucuları  qısa və yığcam şəkildə tanış edir, onun ictimai nəzarətə verdiyi qiyməti səciyyələndirir.

Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir” deyək Ümummilli lider, kadr sahəsində apardığı islahatlar ilə yeni bir mərhələlərin başlandığından xəbər verirdi.

Onun yüksək və misilsiz peşəkarlığı ilə işlədiyi  milli dövlətçilik strategiyasının əsaslararı müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəlməsinə, çiçəklənməsinə səbəb oldu.

Müəllif, 1991-1993-cü illərdə mövcud olan xaos , anarxiyanı aradan qaldıraraq , dövlət və xalq arasında siyasi birliyin yaranmasında Ulu Öndərin fəaliyyətini , sübut və dəlillərlə ardıcıl şəkildə verə bilmişdir. Məlum olur ki, Rasim Məmmədov bu dövrü görmüş və real şəkildə qələmə almışdır.

Digər , “ İlham Əliyev siyasətində ictimai nəzarət “ bölümündə , Ulu Öndərimizin layiqli varisi və davamçısı prezidentimiz İlham Əliyevin uzaq görən siyasətini , peşakarlıqla aparmasını əyani şəkildə verə bilmişdir.

Cənab Prezident İlham Əliyev qətiyyətlə məsuliyyətsiz və rüşvətxor məmurlara qarşı açıq mübarizənin təşkilində ictimai nəzarətin rolu və aparılması strategiyasını xalqa əyan etmişdir.

O, bütün xalqa müraciət edərək : , “Elə etməliyik  ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin – deyerək : … korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır ” söyləyir və günün əsas məsələsi kimi göstərir.

“ Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə , hər bir bölgədə , Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə , aidiyyatı  orqanlar bunu aşkarlamaq və bu qanunsuzluğa yol açan vətandaşları , insanları məsuliyyətə cəlb etmədirlər. Vətəndaşlar da, öz növbəsində, məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatlar aparmaq və ölkəmizin qüdrətini artıraq”- deyən Əsrin lideri tərəqqiyə gedən yolu qanunun aliliyində görür.

İctimai Nəzarət Koalisiyasının sədri və əmakdaşları həmişə fəaldırlar və bu sahədə əllərindən gələni edirlər. Bu ictimai birliyin xarici ölkələrlə əlaqəsi , daxildə ki, fəaliyyəti kitabda dolğun şəkildə öz əksini tapmışdır.

Bu kitab haqqında çox xoş söz söyləmək olar. Lakin Rasim Məmmədovun fəaliyyəti göz önündədir. Müdriklərimiz demişlər: ” Görünən dağa nə bələdçi”

Rasim müəllimin başçılıq etdiyi qurumun gördüyü işlər bu qısa kitabla bitmir, həyat davam edir. Bu yolda müəllifə uğurlar, qələbələr arzulayıram.

Saleh Tale (Quliyev) Alim-şair, AYB və AJB-nin üzvü, Texnika üzrə fəlsəfə doktoru, “Hakimiyyət və Xalq” qəzetinin , eləcədə “hakimiyyetvexalq.az ” saytının təsisçi və baş redaktoru, Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı Laurantı.