Rasim Məmmədovun çağırışı:” Ciddi düşünün..”

0
1241

 

Ermənilərin Los- Ancelosda azərbaycanlı gəncə hücum etmələri bir millət olaraq bizim və eyni zamanda dünya ictimaiyyəti tərəfindən növbəti vəhşilik aktı kimi qiymətləndirilir. Demokratiyanın sanki tuğyan etdiyi, real faktlarda isə başqa görüntünü diktə edən bir ölkədə bu cür hərəkətin baş verməsi əslində bir cinayət, terror aktı kimi qiymətləndirilməlidir. Lakin bu o demək deyil ki, biz də həmin terrorçulara dövlətimizin, millətimizin siyasi baxışlarını bir kənara qoyaraq onların səviyyəsinə uyğun cavab verməliyik. Etiraf etməliyik ki,küçədə tək qalan həmyerlimizin ermənilər tərəfindən döyülməsi hər birimizn vicdanını, qəlbini sızladır və bir az da emosıyalara qapılsaq bunun əvəzində həmyerlilərimizin 10-15 nəfər ermənini döyməsi bizi sakitləşdirir.
Lakin biz ermənilərin növbəti alçaq hərəkətini onların cinayət əməli kimi əlimizdə əsas tutmalıyıq. Onlar dünyanın müxtəlif yerlərində, xüsusilə də Los- Ancelosda azərbaycanlılara müxtəlif şəkildə hücum edərək, onlara maddi və fiziki xətər yetirərək və eyni zamanda bu üzdəniraq hərəkətləri sosial şəbəkələrdə paylaşaraq bizi bir xalq olarq təxribata çəkir, daha genişmiqyaslı ixtişaşların yaranmasına nail olmaq istəyirlər.
Erməni təxribatçılığı, erməni lobbiçiliyi 100 illər öncədən azərbaycana qarşı aqressiv, faşist mövqeyini formalaşdırmış və bu gün də daha da azğınlaşmış şəkildə davam etdirirlər.
Beləliklə dünya sferasında ermənilər təxribatçı faşistyönlü, qaniçən bir toplum olaraq hər zaman bir sıra dünya dövlətlərinin əlində müəyyən məqsədləri idarə etmək üçün vasitə olub . Bu gün sıradan, savadsız, cahil, olkənin xalqın diplomatiyasında hec bir rolu olmayan bir qrup erməninn yaratdığı təxribata uymaq və onlara cavab verməklə sanki onların məqsədlərini reallaşdırmaq, müstəqil, azad və şərqdə ilk demokrtik dövlət olan Azərbaycanın beynəlxalq imicinə xələl vurmaqdan başqa bir şey deyildir.
Düşünürəm ki, biz bu üzdəniraq toplumla düşünülmüş şəkildə davranmalıyıq. Son günlər baş verən təxribatlar nəticəsində onlarla soydaşımız həbs olunub.Bu yüzlərlə balaları, və valideynləri üçün narahat olan insan taleləri deməkdir.
Bu gün xaricdə əslində bizi təmsil etmək əvəzinə antimilli şüurun qurbanı olan bəzi “azərbaycanlılar” bu gün də erməni dəyirmanına su tökməkdə davam edir.Patriot adı altında bu cür ixtişaşlar yaratmaq heç də öklənin və xalqın xeyrinə deyil.Bu, eyni zamanda xarici ölkələrdəki səfirliklərimizdəki qüsurlar, daha açıq desəm, azərbaycançılıq ideyalarını bir kənara qoyaraq, ölkəyə, dovlətə xidmət etmək kimi ali missiyanı unudaraq şəxsi biznesinə başı qarışan xarici nümayəndəliklərimizin səhlənkarlığının bəhrəsidir .
Düşmən tarixi düşmənimizdir. Ermənilərin növbəti təxribatından sonra emosiyalarını cilovlaya bilməyən gənlərimizin verdiyi cavab uzun illər Avropada erməni dəyirmanına su tökən “azərbaycanlılar”, basqa sözlə sapı özümüzdən olan baltalar üçün sanki məqsədlərinə catmaq vasitəsi oldu.Əli Kərimli, Sevinc Osmanqızı,Cəmil Həsənli, Vidadi Qurbanlı,Qurban Məmmədov, Vidadi İsgəndərov və digər üszdəniraq azərbaycanlılar düşmənin bizə qarşı tuşlanan mərmisini, topunu “satın alır” və birmənalı olaraq ermənilərin xidmətçisi olduqlarını sübut edirlər .
Artıq cəbhədə atəşkəsdir. Lakin sivil dünyamızda vətəndaşalrımız qorxu və narahatçılıq içində yaşayırlar. Mən Ali Baş Komandana, vitse- prezidentə və onlara xidmət edən aidiyyatı orqanların rəhbərlərinə muraciət edirəm: Bu cür cılğın emosiyalarla, yarımçıq əqidə ilə xalqı iğtişaşa çəkən “vətənpərvərlər “öz layiqli cəzalarını alsınlar. Öklədə ciddi şəkildə öz fəaliyyəti ilə dövlət siyasətinə dəstək verən,öz təbliğatı, həyata keçirdiyi layihələri, ətrafına topladığı insan kütləsi ilə seçilən ictimai qurumların, bu yönümdə fərdi fəaliyyət göstərən insanların dövlət tərəfindən müəyyən tövsiyələr almaqla yanaşı, müfafiq ali qurumlar tərəfindən maliyyələşdirilməsi və onların fəaliyyətinə yüksək mənəvi dəstəyin verilməsi hər zaman gündəmdə olmalı və eyni zamanda diqqətdən kənarda qalmamalıdır. Diqqətdən və nəzarətdən kənarda qalması qəbuledilməz olan bir kütləni də unutmamalıyıq: Dövlətin onlara ayırdığı maddi vəsaitindən yararlanaraq öz çirkin əməllərini həyata keçirən, milli- mənəvi dəyərlərimizə zərbə vuran bir sıra üzdəniraq ictimai təşkilatları.
Ətrafına 115 təşkilatı birləşdirən İNK sədri olaraq düşünürəm ki, bu məsələ ilə bağlı öz mövqeyimi bildirməliyəm. Sıralarımızda nüfuzli təşkilatları və cəmiyyətləri təmsil edən nüfuzlu adamların olması mənə bu vətənpərvərlik çağırışını, dövlət diplomatiyasını dəstəkləyən mövqeyimi bildirməyə əsas verir. Hesab edirəm ki, hər bir təşkilat və qurum, eyni zamanda fərd olaraq hər kəs ölkənin, dövlətin nüfuzu naminə verdiyim tövsiyələr barədə ciddi düşünəcək və nəticə olaraq öz əməllərində göstərəcəklər.Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri