Rasim Məmmədovun bayram təbriki

0
821

Bu gün Qurban bayramı münasibətilə bütün müsəlmanların sevincli gününün təbrikləri səngimək bilmir. Ölkə ictimiyyətinin sevimlisi, ən fəal lideri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədovun bayram münasibətilə diləkləri də bu təbriklər içində xüsusi yer tutur.

“Xalqımı və bütün dünya azərbaycanlılarını Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Tarixən İslama və onun müqəddəs ənənələrinə bağlı olan xalqımızın bütün xeyirxah niyyətlərinin, arzu və istəklərinin gerçəkləşməsini arzu edirəm.

Xeyirxah amallar uğrunda hər bir fədakarlığa hazır olmanı, düzgün mövqe tutmanı əks etdirən bu bayram günündə Allahın mərhəmətinin hər zaman dünya azərbaycanlılarının üzərində olmasını diləyirəm.

Qurbanlarınız Allah tərəfindən qəbul olunsun.

Qurban kəsməyə imkanı olmayanların süfrələrinə xeyir-bərəkət, həyatlarına səadət gəlsin inşallah”.

“ictimaixeber.az”