Rasim Məmmədov Yardımlı sakini ilə -video

0
635

Bu gün İctimai Nəzarət Koalisiyanın səd ri Rasim Məmmədov (o,həmçinin DAMM İB-nin 1-ci vitse-prezidenti, SİMİB rəhbəridir) Yardımlı rayonunun Dəriavar kəndini n sakini Adil Mirzəyevin şikayəti və müraciəti əsasında bu rayonda səfərdə olmuşdur.
Adil Mirzəyevin söylədiyinə görə 18 oktyabr 1991-ci ildə açdıqları kiçik müəssisə 25 oktyabr 1991-ci ildən onundur. Uçulmuş tövləni alaraq oradakı 2 hektar ərazini rəsmiləşdirmiş A.Mirzəyev 2012-ci ilə kimi 2 qardaşı ilə birgə ailə təsərrüfatı yaradaraq tərəvəz tədarükü ilə məşğul olmuşlar.
2012-ci ildə mənsub olduğu əraziyə inşaat materiallarının tö küldüyünü görən A.Mirzəyev bu ərazinin pıana düşdüyü Azərmeliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su təmizləmə qurğusunun inşa ediləcəyi xəbərini alır.
Adil Mirzəyev bu barədə cənab Prezidentə məktub ünvanladığını və həmin məktubun rayon icra hakimiyyətinə göndərildiyini söylədi. O vaxt icra başçısı olan Sevindik Hətəmovun əmri ilə razılaşma aktı imzalandı. Razılaşma aktına əsasən Adil Mirzəyevə dəymiş zərərin kompensasiyası ödənilməli idi.
Ancaq bu günə qədər bu kompensasiya ödənilməmiş və Adil Mirzəyev və onun qardaşlarına məxsus ərazinin yaxınlıqdakı dağın başında olduğu ilə bağlı yalan məlumat verilmişdir.
“Yerli məmurların ölkə prezidentinin tapşırığını qulaq ardına vurması və biganəliyi, çətin durumda olan şəxsin təmin olunduğu işdən belə azad edilməsi heç bir vicdana sığmır”.
Bu sözləri söyləyən Rasim Məmmədov bu rayonun yeni icra başçısına müraciətlə demişdir: “Bu ailənin problemlərinin həlli üçün aidiyyatı qurumlarla əlaqə saxlayın, dövlətin xaricə daşınan milyardlarla vəsaitinin boş-boş sərf olunan israfçılığın dan uzaq durun, bu ailənin kompensa siyasını verin. Ailəni pis vəziyyətdən qurtarın. Vicdanınız, namusunuz, qeyrətiniz olsun.Bu dövlətin torpağı könüllü, aktla razılaşdırılmış şəkildə verilib. Bu insanların ailəsinin xoşbəxtliyi üçün ehtiyac olunan vəsaiti onlara verin.
9 ildir bu ailəni məhkəmələrdə süründürən dövlət məmurlarına üzümü tuturam: “Gəlin ailənin haqqını verin, günahlarınızı yuyun, axirətə alnı açıq, üzü ağ gedin”.
Rasim Məmmədov eyni zamanda rayon əhalisinə müraciətlə Azərbaycan dövlətinin, Ulu Öndərin arxasında dağ kimi dayanan Masallı, Lənkəran, Yardımlı, Lerik, Cəlilabad və bütün cənub bölgəsinin qeyrətli insanlarını Adil müəllimi dəstəkləməyə çağırdı.Onu da qeyd edək ki, Rasim Məmmədov səfər zamanı şəhid Valeh Məmiyevin ailəsini də ziyarət etmişdir.

“ictimaixeber.az”