İNK sədri Türkiyə BMM-də

0
345

İctimai Nəzarət Koalisiyasının sədri Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov Türkiyə səfərində Ankarada Türkiyə BMM-nin millət vəkili, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşmüşdür.

Bir müddət öncə İNK-nın qonağı olmuş Şamil Ayrım Rasim Məmmədovu dərin mehribanlıqla qarşılamış, tərəflər arasında işgüzar, maraqlı söhbət olmuşdur.

Canlı yayımla müşayiət olunan söhbət zamanı Türkiyə, Azərbaycan arasındakı sıx dostluq münasibətləri, son Qarabağ müharibəsi olayları ilə bağlı məqamlara da xüsusi diqqət ayrılmışdır.

Şamil Ayrım Azərbaycanla qürur duyduğunu xüsusi vurğulamışdır.

Rasim Məmmədov da eyni duyğularını bildirməklə yanaşı, Türkiyə Respublikasının dəstəyinin əvəzsiz olduğunu bildirmişdir. Sonda Şamil Ayrıma Rasim Məmmədovun “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabı təqdim olunmuşdur. Şamil Ayrım dərin minnətdarlığını bildirməklə yanaşı, qarşılıqlı əlaqələrin daim müsbət yönümdə davam etməsini arzulamışdır.

“ictimaixeber.az”