Məlum olduğu kimi, Azərbaycanda sabitliyin qorunmasının təsdiqini, hakimiyyətin yüksək iradəsini, ictimai nəzarətin əhəmiyyətli rolunu sübuta yetirən 19 oktyabr – mitinq iflası paytaxtda asayişi pozmaq cəhdlərindən başqa bir işə yaramadı.
Bu məsələnin sevindirici olsa da, təəssüf yaradan məqamlarının da olmasını unutmamalıyıq.
Bir millətin nümayəndələrinin, eyni havanı udan, eyni imtiyazlardan istifadə edən, eyni mənəvi dəyərləri daşımalı olan insanların qeyri adekvat iradlarına, öz milli ailəsinin rahatlığını pozmağına necə haqq qazandırmaq olar.
Səbəblər nə olur-olsun hazırkı dövrdə – Azərbaycanda hər hansı problemin ölkə rəhbərliyinin diqqətindən kənarda qalmadığı və ölkə rəhbərliyinin durmadan xalqın bütün nümayəndələrinin çətinliklərinin nəzərə alaraq sosial-inqilabi addımlar atdığı bir zamanda və hər bir vətəndaşımızın bütün sahələrdə haqqını tələb edə bildiyi, etirazlarını müvafiq orqanlara çatdıra bildiyi şəraitdə mitinqlərin gərəksiz olduğu və bu kimi haqsız, qanunsuz iğtişaşların yalnız ölkəmizin düşmənlərinin çağırıqına uyanların ağılsızlığı ucbatından baş verdiyi hamıya bəllidir.
Müharibə şəraitində yaşayan bir ölkənin sosial-iqtisadi durumunun daimi sürətli inkişafı heç bir ölkə vətəndaşının diqqətindən yayına biləcək və bu inqilabi inkişafın xoşbəxt gələcəyini görmənin mümkün olmayacağı qədər dünya şöhrətli bir hadisədir. Dünyəvi və yerli düşməqlərimizə narahat edən də məhz budur.
Ona görə də ölkəsini, millətini sevən, xoşbəxt gələcəyimiz üçün hər kəsin öz şəxsi qabiliyyətlərindən istifadə bacarığını gücləndirməsinin vacibliyini dərk edən hər bir vətəndaş bu düşmənlərin çağırışını 19 oktyabrda olduğu kimi hər bir zaman da cavabsız qoyacaq.
Avropa Birliyinin Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş verdiyi bəyanata gəlincə, millət vəkili Səməd Seyidovun çox gözəl söylədiyi kimi, qanunun aliliyini pozan insanların müdafiəsi qanunun aliliyi haqda danışan təşkilatlara heç yaraşmır.
Avropanın özündə baş verən hadisələrin ikili standartlara yol açması göz qabağındadır.
Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışı müqayisə olunmaz dərəcədədir.
Ölkənin bütün ictimai təşkilatları və ictimai-siyasi xadimlərinin bu məsələlərlə bağlı mövqelərini bildirmələrini zəruri hesab edirəm. Bu həmçinin radikal müxalifətin xarici siyasi dairələri tərəfindən idarə olunması haqda bilgilərin açıqlığını bəyan edənlərə qarşı bir cavab olmalıdır.
Rasim Məmmədov,
Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin İH-nin I vitse-prezidenti,
İctimai Nəzarət Koalisiyası İdarə
Heyətinin sədri, Sabitlik və İnkişaf
Mərkəzi İctimai Birliyinin rəhbəri.
“ictimaixeber”