Rasim Məmmədov: “Sən yenə də ara qarışdırmaqla məşğulsan”

0
1291

İNK-nın sədri, DAMM-ın I vitse prezidenti, SİMİB-ın rəhbəri Rasim Məmmədov:
“Rauf Arifoğlunun “millətimizin söyüş fəslidir, nə edək!?” sözləri bütöv bir ölkənin demokratiya çağırışına, birliyinə səsləyən bir media orqanına yaraşmayan çarəsizlik notlarıdır. Çarəsiz qaldığını etiraf etməyin qeyri-səmimiliyi bir qırağa, bunu millətin üzü kimi qələmə vermək artıq bir qrup insana görə xalqı ləkələməkdən başqa bir şey deyil”.
“Zarafatla xalq yaradıcılığı da demək olar bu prosesə”.
“Ona görə də buna dözməliyik – baş verən ümummilli fəlakət kimi bir şeydi, inşallah ki, keçəcək”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun “Redaktor.az” saytına verdiyi müsahibəsində qeyd etdiyi bu fikirlər isə R.Məmmədovu kəskin cavablar verməyə məcbur etdi: “Ölkənin ali mükafatını almış bir insana yaraşmayan, qeyri-obyektiv və təzadlı fikirləri ilə oxucuların, ictimaiyyətin düşüncələrində xaos yaratmaq istəyini açıq şəkildə bəyan edən birinin, söyüşçü müxalifət ilə iqtidarı bir araya gətirməklə gərginliyi daha da artırmaq məqsədi daşıması fikirlərinə yol açır.
Hər iki cəbhədən intiqam almaq istəyi ilə xalqın rifahını yaxşılaşdırmaq, sabitliyin və işğaldan qurtulmaq istəklərinin uzlaşdırıla biləcəyi xülyalarına inanacaq qədər geridə qalmayıb bu xalq.
Naqis, pozğun, namərd, satqın, savadsız, davakar insanların atdıqları addımları, törətdikləri tərbiyəsizlikləri, qanunsuzluqları bir xalqın adına yazmaq yalnız bu xalqın düşmənlərinə yaraşar.
Bəli, bu dövr də keçəcək, onun dediyi kimi. Amma olanlara etinasız baxışlar və guya etiraz adı ilə hadisələri daha da kəskinləşdirən addımlarla deyil.
“Efirdə Heydər Əliyev modelinə qayıtmaq lazımdır” deyir bu adam. Amma o zaman xarici separat qüvvələrin bugünkü tərəqqimizdən bu qədər hiddətləndiyi dövr deyildi. Və ölkənin pula aldanan naxələflərinin sayı və demokratiyadan həyasızcasına istifadə olayı bu səviyyədə deyildi.
“Belə bir güclü silahı bir dəstə nadanın yazıb-oxumağı bacarmayanların istifadəsində saxlamaq, ondan imtina etmək və efidə qadağalamaq doğru deyil. “Real TV”, “İTV”, “APA” və “Yeni MÜsavat” kimi platformaları tənqidə, özü də sərt tənqidə, polemika və debatlara açmaq lazımdır. Təcrübə göstərdi ki, bundan iqtidara heç nə olmur, əksinə, ölkədəki gərginlik daha da azalır, xarici faktorların daxili ictimai rəyi yönəltməsinə imkan və sahə qalmır…”
Bu fikirlərə aldanacaq qədər qeyri-reallıq məngənəsində sıxılmamışıq.
Bu sözlər xaosa çağırış və qarşıdurmanı gücləndirmək məqsədi daşıyır. Belə olmasaydı, ölkə rəhbərliyi onun çağırışına deyil, daha adekvat debatlara üstünlük verməzdi.
Özünün dediyi kimi, yazıb-oxumaq bacarmayanların istifadəsində olanlar onların iç üzünü ortaya çıxarmaq üçündür. Amma bu, o demək deyil ki, efir onun dediyi kimi desək, mühacirətdə olan tənqid əvəzinə, söyüş alanına çevrilməlidir.
“Məqsəd hakimiyyətə gəlməkdirsə, malik olduğun vasitə buna imkan vermirsə və sən də 26 ildir bu vasitəni – aracı dəyişmirsənsə elə axmağın təkisən”.
R.Arifoğlu bu sözləri ilə bir daha öz kimliyini hamıya bəyan etdi. Bəli, sən də 26 il bu aracda oldun və indi dəyişdiyini sübut etməyə bir fakt da tapa bilmirsən.
R.Arifoğlunun müsahibəsini oxuyanlar özünün verdiyi “Azərbaycanda dəyişikliyi kiminlə edəcəyik?” sualına tutarlı bir cavabının olmamasının şahidi oldular.
Bu da yəqin ki, “Əməkdar jurnalist”ə mükəmməl bir siyasətçi kimi çıxış etməməsi üçün dərs ola bilər.

Onu da qeyd etmək lazımdır ki, Rauf Arifoğlunun bir vaxtlar internet şəbəkələrində, sosial mediadakı çıxışları ilə indi bəyənmədiyi bir sıra müxalifət nümayəndələrinin çıxışları arasında elə də bir fərq yoxdur.
Niyə məhz sonuncu dəfə həbsdən çıxandan sonra guya müxalifətçi dostlarını tanıdığını söyləmişdir? Bunun cavabı isə hər kəsə məlumdur. Səbəbini sadəlövhlərin ona inanacağı bir şəkildə onu ziyarət etməmələri ilə izah etsə də.
15 il bundan qabaq Tovuz rayonunda onun Heydər Əliyevin şərəf və ləyaqətinə toxunan böhtanlarından təngə gəlmiş sadə peşə adamları, ziyalılar, veteranların öz etirazlarını və tələblərini bildirmək üçün toplandıqları mitinqdə söylənilən çıxışlardan bir hissəsini xatırlatmaq onun bu gün peşmançılıq hissi keçirməsi ilə bağlı söylədiklərinə inanmamağa bəs edər:
“…Qoy, “Yeni Müsavat”ın əməkdaşları bilsinlər ki, Tovuz əhalisinin böyük əksəriyyəti Rauf Arifoğlunu tovuzlu hesab etmirlər. Ömrü boyu xalqının xoşbəxtliyinə çalışan bir şəxsiyyət – Heydər Əliyev haqqında şər və böhtan dolu yazılarla özünə siyasi imic qazanmaq istəyən hər kəsin aqibəti pis qurtaracaqdır. Mənəviyyatsızlıq, əxlaqsızlıq hələ heç kimə başucalığı gətirməyib. Məhz Rauf Arifoğlunun bu iyrənc məziyyətlərinə görə biz tovuzlular xəcalət çəkirik. O, həqiqətən azğınlaşmışdır. Azğınlara isə bizim aramızda yer yoxdur”.

“ictimaixeber.az”