Rasim Məmmədov “Qızıl Ürək” diplomuna layiq görüldü – video

0
816

Canlı Aləmin Mühafizəsi istiqamətində Prezident Yanında QHT-lərə Dəstək Şurasının yardımı ilə ümumrespublika səviyyəsində həyata keçirilən, sakinlərdən ibarət “Yaşıl Patrul” və qərargahlarının yaradılması Layihəsində Ən Fəal Tərəfdaş Qurumun Səlahiyyətli rəhbəri İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov “QIZIL ÜRƏK” diplomu ilə təltif olunmuşdur.

Son illərdə Azərbaycanın və bütün dünya azərbaycanlılarının ictimai lideri, milyonlarla insanın rəğbətini və məhəbbətini qazanmış Rasim Məmmədov DAMM, İNK və SİM İctimai Birliklərinin rəhbəri kimi yüzlərlə xeyriyyə tədbirlərinin, ictimai dinləmələrin, ölkə əhalisinin hər bir sahədə problemlərinin həlli yollarının araşdırılmasının müəllifi, təşkilatçısı və sosial carçısı olaraq tanınmışdır.

Sumqayıt şəhərində keçirilən bu tədbirdə yerli icra qurumları, ictimaiyyətin köməyi ilə hər bir rayonda yaradılması planlaşdırılan “Yaşıl Patrul” ekoloji ictimai nəzarət qərargahları barədə geniş məlumat verən Canlı Aləmin Mühafizəsi Alians İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə bildirmişdir: “İlk belə qərargah Binəqədi rayonunda yaradılacaq. Qərargahın fəaliyyətinə Baytarlıq xidməti, Kinologiya təlimləri, könüllülərin fəal dəstəyi, seminarlar, xaricdən könüllü baytarların gəlişi, sakinlərə “Yaşıl Patrul”un fəal üzvləri olmaq üçün maarifləndirici seminarlar, mükafatlar verilmək üçün tədbirlərin təşkili daxildir. Sakinlərə yaşayış yerlərindəki canlı aləmin də təbiətin zəruri bio-balansı, qayğıya möhtac kompanyon dostlarımız olduğu fikrini çatdırmaqla, onlara qarşı rəhmli davranılmasına nəzarəti də həyata keçirməyin, hər bir kəsin öz yaşayış sahəsində bir vətəndaş və bir insanlıq borcu olduğunu çatdırmaq, Vətənimizin canlılar aləmi kimi belə həssas ekoloji mövzuların qayğısı və həlli işlərində yekdilliklə dövlətimizə dəstək verməkdir. “Bir nəfər də kənarda qalmamalı” prinsipi ilə işləyəcək “Yaşıl Patrul” ekoloji mühafizəçilər dəstəsinə yaş həddi və tutduğu vəzifəsindən asılı olmayaraq hər bir kəs daxil ola bilər”.

“ictimaixəbər.az”