Rasim Məmmədov: “Qarabağ xalqın birliyi və əmin-amanlığı sayəsində azad edildi”

0
415

“İlham Əliyevin fəaliyyəti dövründə Qarabağın işğal altında olan dövrünün uzanmasının səbəblərindən biri ölkədəki bəzi məmurların, bəzi hüquq-mühafizə və məhkəmə orqanlarının, bir çox siyasi-ictimai qüvvələrin ədalətdən uzaq, maddi gəlirə yaxın olması, əhalinin problemlərini həll etmək əvəzinə onlara daha böyük problemlər yaratmaları, ölkə rəhbərliyinin daxili və xarici siyasətini ləkə altına salmaları, xalqın inamını qırmaları ilə müşahidə olunan fəaliyyəti ilə əlaqədardır.
Ali Baş Komandanımız ordu quruculuğu ilə, daxili, xarici siyasətin tənzimlənməsi, mədəniyyətimizin, iqtisadiyyatımızın inkişafını təmin edilməsi ilə yanaşı ölkədəki milli düşmənlərlə də mübarizə aparırdı”.
“Azərbaycan Prezidentinin səbri 80 milyon dünya azərbaycanlılarının səbrinə bərabərdir.
Əbədiyaşar Prezident Heydər Əliyevin övladının bu səviyyəyə yüksəlməsində ilahi bir möcüzə var”.
“Ulu Öndər Heydər Əliyev sədaqətin ölçü vahidinin zaman olduğunu bildirmişdir.”
Bu sözləri İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov “Say” qəzetinin baş redaktoru, İNK-nın fəxri üzvü, tanınmış ziyalı Hacı Rafiq Əliyevlə müsahibəsində söyləmişdir.
Müsahibənin tam variantının video-süjetini təqdim edirik.

“ictimaixeber.az”